525.Az

“TANAP layihəsi üzrə 3,2 milyard dollara qənaət etmişik”


 

“TANAP layihəsi üzrə 3,2 milyard dollara qənaət etmişik”<b style="color:red"></b> “Ümid edirik ki, TANAP layihəsi vaxtından tez başa çatacaq”.
 
"APA-Economics" xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
 
S.Düzyolun sözlərinə görə, ha-hazırda layihə üzrə işlər tam sürətlə davam edir.
 
“Sıfır faza olaraq dəyərləndirdiyimiz Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan və BOTAŞ-a ilk qaz nəql edəcəyimiz hissədə işlərin 77%-i tamamlanıb. Ümumilikdə isə layihə üzrə işlərin 67%-i yekunlaşmaq üzrədir”, - deyə S.Düzyol qeyd edib.
 
Baş direktor yay mövsümündə daha səylə çalışacaqlarına və daha çox stansiyaların tikintisinə diqqət ayıracaqlarını deyib:

“2018-ci ilin iyuna ayının sonuna kimi ilk qaz nəqlini planlaşdırırıq. Layihə üzrə işlər təqvimə uyğun gedir.

Maliyyəyə xeyli, ümumi büdcə üzrə 3,2 mlrd. dollar qənaət etmişik. Bu tip meqa layihələr 75-80% gecikmə və artıq xərclər ilə tamamlanır. Lakin TANAP-da həm büdcəyə qənaət olunur, həm də təxminimizə görə vaxtından əvvəl yekunlaşacaq. Düşünürəm ki, 16 apreldən sonra daha qətiyyətli bir şəkildə layihəni davam etdirəcəyik”.
 





03.04.2017    çap et  çap et