525.Az

ADU-da iki fakültə birləşdirildi


 

ADU-da iki fakültə birləşdirildi<b style="color:red"></b> Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən universitetin ingilis və alman dili üzrə pedaqoji, eləcə də ingilis və fransız dili üzrə pedaqoji fakültələri birləşdirilib.
 
ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, birləşdirilən iki fakültənin bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb.

İki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olmaqdır.
 





03.04.2017    çap et  çap et