525.Az

Natiq Əliyev Avrasiya İqtisadi Sammitinin iclasında iştirak edəcək


 

Natiq Əliyev Avrasiya İqtisadi Sammitinin iclasında iştirak edəcək<b style="color:red"></b> Aprelin 5-6-da Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Sammiti keçiriləcək. Tədbirdə Azərbaycan prezidentinin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək.
 
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, N. Əliyevin “Davamlı Enerji, Telekommunikasiya, Nəqliyyat və İqtisadi İnkişafda tələb - təklifin tarazlıq statusu: əsas oyunçu və fiqurlar” adlı sessiyada çıxışı nəzərdə tutulub.
 
Xatırladaq ki, energetika naziri 2015-ci ildə XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Şərəf" medalı ilə təltif edilib.
 





03.04.2017    çap et  çap et