525.Az

“İrəli” Gənclər Kuboku təsis edir


 

“İrəli” Gənclər Kuboku təsis edir<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İrəli” İctimai Birliyi gənclərin idmana olan marağını arıtrmaq məqsədilə Gənclər Kuboku təsis edir.

Təşkilatdan verilən məlumata görə, 20 ildən artıqdır ki, dövlətin göstərdiyi qayğı nəticəsində Azərbaycan bir çox mötəbər yarışlarda layiqincə təmsil olunur və beynəlxalq arenalarda böyük uğurlar qazanır.

Son illərdə ölkəmizdə olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəblərindən biri ölkə prezidenti İlham Əliyevin idmana verdiyi önəm və Azərbaycan gəncinin idmana artan marağıdır. 2015-ci ildə ilk dəfə Azərbaycanda keçirilən Avropa Oyunları, Dünya Şahmat turnirləri, Bədii Gimnastika üzrə dünya çempionatı və bu kimi mötəbər idman oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanın böyük uğurlarındandır.

Məhz bu səbəbdən “İrəli” İctimai Birliyi bu yaxınlarda ölkəmizdə baş tutacaq İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində idman sahəsindən olan gənclərin marağını və təşəbbüsləri nəzərə alaraq, gənclər üçün “Gənclər Kuboku” təsis edir.

“Gənclər Kuboku” Bakı 2017 İslam Həmrəlik Oyunlarında oynanılacaq olan 10 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır. Layihənin ümumilikdə əsas məqsədi müxtəlif idman oyunları üzrə gənclər arasında idman turniri keçirərək sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarını səmərəli təşkil edilməsinə şərait yaratmaq və bununla da keçiriləcək yarışlara dəstəyi nümayiş etdirməkdir.

Qeyd edək ki, adı çəkilən layihədə 1000-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Yarışlar mütəmadi olaraq həftə sonları paralel şəkildə keçiriləcək. Layihəni əhatə edəcək futbol, basketbol, voleybol, şahmat, səmti müəyyən etmə, yüngül atletika, stolüstü tenis, üzgüçülük, atıcılıq, velosiped idman növləri gənclər tərəfindən oynanılacaq yarışları əhatə edəcək.

Yarışlar aprel-may aylarında baş tutacaq. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında, püşkatmadan dərhal sonra 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları baş tutacaq.

Birlikdən verilən məlumata görə, bir sıra yarışlar online olaraq “İrəli” İctimai Birliyi nəznində fəaliyyət göstərən Gənclərin Radiosu “İrəli” Radio (İradio.az) dan canlı olaraq şərh olunacaq. Yarışların nəticələri və gedişatın izlənilməsi, komanda haqqında məlumatların əlavə olunması üçün birlik tərəfindən “www.youthcup.az” yeni veb sayt hazırlanır və bu yaxınlarda gənclərin istifadəsinə veriləcək.

Ceyhun ABASOV

 





03.04.2017    çap et  çap et