525.Az

Mingəçevir məktəbliləri “Cocuq Mərcanlı məktəbinə kitab” aksiyasına qoşuldular


 

Mingəçevir məktəbliləri “Cocuq Mərcanlı məktəbinə kitab” aksiyasına qoşuldular<b style="color:red"></b>

Mingəçevir məktəbliləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun irəli sürdüyü Cocuq Mərcanlı kənd məktəbinin kitabxanasına kitab hədiyyəsi aksiyasına qoşulublar.

Fonddan 525.az-a verilən məlumata görə, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Cocuq Mərcanlı məktəbində təhsil alacaq yaşıdları üçün Bilik Fonduna 200 adda müxtəlif bədii kitab göndəriblər.

Məktəbin direktoru Azər Qazıyev Fondun fəaliyyətini daim izlədiklərini və maarifləndirmə istiqamətində həyata keçirilən layihələri ürəkdən alqışladığını deyib.

Bilik Fondunun ölkənin bütün bölgələrində əhali arasında apardığı işləri dövlətin gənc nəslin təlim-tərbiyəsinə, hərtərəfli inkişafına göstərdiyi qayğının daha bir nümunəsi kimi dəyərləndirən direktor məktəblilərin bu aksiyaya böyük həvəslə qoşulduqlarını da vurğulayıb.

Xatıqladaq ki, Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edəcəyini bildirib.

Ötən ilin aprelində Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq məqsədilə apardığı uğurlu əməliyyatların məntiqi nəticəsi Cocuq Mərcanlıya qayıdışdır. Bu, Qarabağa böyük qayıdışın başlanğıcıdır.

 





03.04.2017    çap et  çap et