525.Az

Sankt-Peterburq metrosunda partlayış: 10 ölü


 

Sankt-Peterburq metrosunda partlayış: <b style="color:red">10 ölü </b> Sankt-Peterburq şəhərinin metropolitenində partlayış baş verib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
 
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.  
 
Partlayışın “Texnoloji institut” stansiyasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir. İki yerdə partlayış olub, 7 stansiya bağlanıb.
 
Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparır. Danışıqlar dayandırılmayıb.
 





03.04.2017    çap et  çap et