525.Az

Sankt-Peterburqda ölən və yaralananlar arasında azərbaycanlı varmı?


 

Sankt-Peterburqda ölən və yaralananlar arasında azərbaycanlı varmı?<b style="color:red"></b> Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.
 
Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.

O deyib ki, konsulluq ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müvafiq qurumlarla dəqiqləşdirir.
 





03.04.2017    çap et  çap et