525.Az

Peterburq metrosundakı partlayışda yaralananların təxliyəsi başa çatdı


 

Peterburq metrosundakı partlayışda yaralananların təxliyəsi başa çatdı<b style="color:red"></b> Sankt-Peterburq metrosunda partlayış nəticəsində yaralananların təxliyə edilməsi prosesi başa çatıb.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, əməliyyata helikopterlər cəlb olunub.
 
Sankt-Peterburq qubernatorunun mətbuat katibi Andey Kibitov bildirib ki, hadisə nəticəsində 50 nəfər yaralanıb.
 
Milli Antiterror Mərkəzindən isə hadisə nəticəsində ölənlərin və yaralananların olduğunu təsdiqləyiblər, lakin rəqəm açıqlanmayıb.
 
Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış nəticəsində çoxlu sayda yaralanan var. Onların sözlərinə görə, partlayış qatar hərəkətə başlayan zaman baş verib.
 
Hadisə şahidi Yuliya Vareyeva bildirib ki, partlayış nəticəsində vaqonun döşəməsinin lyuku yerindən çıxıb və sonra tüstülənmə başlayıb.
 
Qeyd edək ki, Peterburq metrosunda stansiyalar bağlanıb.
 





03.04.2017    çap et  çap et