525.Az

“YARAT” da gənc vokalçıların konserti olacaq


 

“YARAT” da gənc vokalçıların konserti olacaq<b style="color:red"></b>

Aprelin 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində gənc vokalçılar konsert proqramı ilə çıxış edəcəklər.

AzərTAc xəbər verir ki, “YARAT Freestyle” layihəsi çərçivəsində gerçəkləşəcək konsert Dmitri Babayevin bədii rəhbərliyi ilə baş tutacaq.

Performansda M.Maqomayev adına musiqi məktəbi, Bülbül adına orta ixtisas musiqi məktəbi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin çıxışı nəzərdə tutulub.

Konsertdə, həmçinin Naala Bratelinin rəhbərliyi ilə “Lumineux” xoru da çıxış edəcək.

 





03.04.2017    çap et  çap et