525.Az

“Sankt-Peterburq təsadüfən seçilməyib”


 

“Sankt-Peterburq təsadüfən seçilməyib”<b style="color:red"></b> ”Partlayış yeri kimi Sankt-Peterburq şəhəri təsadüfən seçilməyib. Rusiya prezidenti hazırda bu şəhərdədir”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Ozerov bildirib.
 
O deyib ki, V. Putinin iştirakı ilə şəhərdə Ümumrusiya Xalq Cəbhəsi təşkilatının mediaforumu keçiriləcək:

“Şəhərdə çoxlu jurnalistlər var. Ona görə də, hesab edirəm ki, partlayışın yeri kimi Peterburq təsadüfi seçilməyib”. 
 
V. Ozerov müvafiq orqanların təhlükəsizlik tədbirləri ilə bağlı öz işlərini yetərincə görmədiklərini də vurğulayıb.
 





03.04.2017    çap et  çap et