525.Az

Xavi: "Messi müqaviləsini artırmasa..."


 

Xavi: "Messi müqaviləsini artırmasa..."<b style="color:red"></b>

Qətərin “Əl-Sadd” komandasının futbolçusu Xavi Ernandez Lionel Messinin "Barselona"da qalmalı olduğunu düşünür.

Qol.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında sabiq komanda yoldaşı haqda deyib:

“Barselona” Messiyə ehtiyac duyur, amma onun da “Barselona”ya ehtiyacı var. Fikrimcə, müqaviləsini artırmasa, tarixi bir səhv etmiş olar”.

Xavi düşünür ki, Messi tarixin ən yaxşı futbolçusudur: “Onu başqa bir klubda xəyal edə bilmirəm. Leo tarixin ən yaxşı futbolçusudur. Onun yoxluğu karyerasını başa vurduqdan sonra bilinəcək".

Qeyd edək ki, L.Messinin Kataloniya klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.

 





03.04.2017    çap et  çap et