525.Az

Peterburq terrorunda ölənlərin sayı artıb


 

Peterburq terrorunda ölənlərin sayı artıb <b style="color:red"></b> Rusiya Milli Antiterror Komitəsi Sankt-Peterburqda metroda baş verən terror aktı nəticəsində ölən və yaralıların sayı haqqında yeni məlumat açıqlayıb.
 
APA-nın Rusiya bürosunun məlumatına görə, MAK terror aktı nəticəsində 11 nəfərin oldüyünü, 45 nəfərin isə yaralandığını bildirib.
 
Qeyd edək ki, bu gün günorta saat 14:40 radələrində Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib.
 
Bundan başqa MAK Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı qurğu aşkarlıyıb. Partlayıcı zərərsizləşdirilib.
 
Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.
 





04.04.2017    çap et  çap et