525.Az

Daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır


 

Daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır<b style="color:red"></b> Bu gün saat 11:00-dan axşam saatlarınadək Səbail rayonu Bayıl dairəsi - Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu yol qovşaqlarında nəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.

Bu barədə "APA-Economics"ə "Azəravtoyol" ASC-dən məlumat verilib.
 
Sürücülərin alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.
 





04.04.2017    çap et  çap et