525.Az

Şəhid Fəxrəddin Qurbanlının il mərasimi keçirildi


 

Şəhid Fəxrəddin Qurbanlının il mərasimi keçirildi<b style="color:red"></b> Binəqədi rayonunda şəhid Fəxrəddin Qurbanlının il mərasimi keçirilib.
 
Binəqədi rayon İcra Hakimiyyətindən (RİH) APA-ya bildirilib ki, RİH başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri şəhidin Pirşağı qəsəbəsində yerləşən məzarını ziyarət ediblər.
 
Sonra tədbir Binəqədi qəsəbəsi, 1-ci mədən 23, ev 7 ünvanında quraşdırılmış mərasim çadırında davam edib.
 
RİH başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti il mərasiminə qatılıb.
 





04.04.2017    çap et  çap et