525.Az
Argentina səfiri Tərcümə Mərkəzində
Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva, konsulu Eduardo Cavallero bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.
Bu barədə 525.az-a Tərcümə Mərkəzindən bildirilib.
Məlumata görə, görüş zamanı ispan dilinə tərcümə prosesində olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın (nəsr və poeziya) bu il Argentinada çapı, ölkə kitabxanalarına, universitetlərə yerləşdirilməsi, həmçinin nəşrin Cənubi Amerikanın digər ölkələrində, eləcə də İspaniyada yayımı və gələn il Buenos Ayresdə keçiriləcək beynəlxalq kitab yarmarkasında təqdimatı ilə bağlı müzakirələr aparılıb.
04.04.2017
çap et