525.Az

Niderlandda Firəngiz Əlizadənin əsərinin premyerası olacaq


 

Niderlandda Firəngiz Əlizadənin əsərinin premyerası olacaq<b style="color:red"></b>

Aprelin 7-də və 9-da Niderland Krallığındakı "Amsterdam Royal Concertgebouw"un böyük salonunda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin "Nasimi Passion" əsərinin premyerası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan "Amsterdam Royal Concertgebouw" tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus "İlahilər" layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Bu irihəcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub.

Nəhayət, 2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Xüsusilə vurğulamaq lazımdır ki, bu iş müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə olunub. Beləliklə, "Nasimi Passion" əsəri yaranıb və 35 dəqiqəlik bu möhtəşəm əsərin məşqləri artıq bir neçə aydır ki, Niderland Krallığının Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılır.

 





04.04.2017    çap et  çap et