525.Az

"İçərişəhərdə bahar" nümayiş olunur


 

"İçərişəhərdə bahar" nümayiş olunur<b style="color:red"></b>

"Art Villa" qalereyasında "Açıq səma altında plener-15" təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener "İçərişəhərdə bahar" mövzusuna həsr edilib.

Tədbir çərçivəsində açıq səma altında rəssamlar tərəfindən müxtəlif janrlı rəsm əsərləri yaradılıb.

Tədbirdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak ediblər.

Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.

 





04.04.2017    çap et  çap et