525.Az

Yanvar-fevral ərzində altı bank filialı bağlanıb


 

Yanvar-fevral ərzində altı bank filialı bağlanıb<b style="color:red"></b> Bu ilin 2 ayı ərzində banklara məxsus 6 filial bağlanıb.
 
"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından martın 1-dək bankların ümumilikdə 6 filialı fəaliyyətini dayandırıb.
 
Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, fevralın sonunda bu göstərici 563-ə qədər azalıb.
 
Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, fevralda şöbələrin sayı 135-ə yüksəlib.
 
Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son iki ayda ATM-lərin sayı 1 ədəd artaraq 2462-yə yüksəlib.
 
Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.
 





05.04.2017    çap et  çap et