525.Az

Peterburq terrorunda ölən azərbaycanlının meyiti Bakıya gətirildi


 

Peterburq terrorunda ölən azərbaycanlının meyiti Bakıya gətirildi<b style="color:red"></b> Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində həlak olan azərbaycanlının meyiti Bakıya gətirilib.
 
APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının verdiyi məlumata görə, Dilbər Əliyevanın nəşini gətirən təyyarə Bakıya enib.
 
Mərhumun meyiti yaxınlarına təhvil veriləcək. 
 
Yaxınlarının APA-ya verdiyi məlumata görə, D. Əliyeva sabah Bakı şəhərində dəfn olunacaq. Yas mərasimi isə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçiriləcək.
 
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayışda 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralananlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşı Zaur Vəliyev də var.
 





05.04.2017    çap et  çap et