525.Az

"Çempion olmağımız mümkünsüzdür"


 

"Çempion olmağımız mümkünsüzdür" <b style="color:red"></b>

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 31-ci turunda "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bundan sonra ölkə çempionu olmağın mümkünsüz olduğunu deyib:

"Artıq əsas yarış "Çelsi" və "Tottenhem" arasında olacaq. Biz isə Çempionlar Liqasına vəsiqə qazanmaq üçün çalışacağıq".

Qeyd edək ki, "Mançester Siti" 31 turdan sonra 58 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 





06.04.2017    çap et  çap et