APA-nın məlumatıma görə, bu sözləri keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
O bildirib ki, İsrail qaz ixrac edən ölkəyə çevrilmək və Avropaya qaz satmaq istəyir:
"Hazırda qarşımızda iki variant var. biri Kipr və Yunanıstan vasitəsilə, digəri isə Türkiyə və TANAP vasitəsilə. Hazırda hər iki imkan nəzərdən keçirilir".