Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Rəşad Mustafayevin sədrlik etdiyi iclas jurnalistlərin iştirakı olmadan keçirilib.
Prosesdə Ə.İnsanovun vəkilləri Toğrul Babayev və Ağaveys Şahverdi vəsatətlərlə çıxış ediblər. Onlar ittihamın əsassız olduğunu deyib, Ə.İnsanovun azadlığa buraxılmasını, cinayət işinə xitam verilməsini istəyiblər.
Vəsatətə münasibət bildirən Ə.İnsanov ittihamlarla razılaşmadığını söyləyib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.
çap et