525.Az

"Bankların müflisləşməsinin qarşısı alınmalıdır"


 

"Bankların müflisləşməsinin qarşısı alınmalıdır"<b style="color:red"></b>

"Azərbaycanda zərərlə işləyən banklar mütləq sağlamlaşdırılmalıdır".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov bugünkü plenar iclasda bildirib.

"Bu gün bəzi qəbul olunan qanunların məqsədi bankların sağlamlaşdırılmasıdır. Bankların doğrudan da buna ehtiyacı var. Gündə 5 milyon manat zərər edən banklar var. Özü də zərər günbəgün artır: 5 milyon olacaq 10 milyon, 10 milyon olacaq 40-50 milyon manat. Buna görə, bu bankları sağlamlaşdırmaq lazımdır. Ona görə "körpü bank" və bu qanunlar lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına səlahiyyətlər vermək lazımdır ki, bankların piramida kimi müflisləşməsinin qarşısı alınsın", - deyə O.Əsədov vurğulayıb.
 
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında" qanunlara dəyişikliklər edilib.

 





07.04.2017    çap et  çap et