525.Az

“Çempionluğun astanasındayıq”


 

“Çempionluğun astanasındayıq” <b style="color:red"></b>

"Çətin olacağını bilirdik. “Qəbələ”nin potensialına bələd idik. Bu heç-heçə çempionatın sonuna 3 tur qalmış xal fərqini qorumağa kifayət etdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri  "Qarabağ"ın futbolçusu Miçel Madera Topaz Premyer Liqanın 25-ci turunda "Qəbələ" ilə oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi komandasının daha çox qol şansının olduğunu bildirib: "Meydana 3 xal üçün çıxmışdıq və bunu əldə etmək üçün çox çalışdıq. İstədiyimiz kimi oynamasaq da, bizim qol şanslarımız daha çox idi".

31 yaşlı futbolçu “Qəbələ”dən 4 xal öndə olmalarına baxmayaraq, arxayınlaşmayacaqlarını qeyd edib: "Qəbələ" ilə aramızda olan 4 xalın bizi arxayınlaşdıracağını düşünmürəm. Futbolçularımız hazırkı durumda xal itirməyin necə nəticə verə biləcəyini başa düşürlər. Çempionluğun astanasındayıq. Bu imkanı əldən verməməliyik”.

 





10.04.2017    çap et  çap et