525.Az

Rusiya və İran XİN rəhbərləri arasında Suriya müzakirəsi


 

Rusiya və İran XİN rəhbərləri arasında Suriya müzakirəsi <b style="color:red"></b> Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı olub.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələrindən sonra ölkədəki vəziyyət müzakirə olunub.
 
Qeyd olunub ki, ABŞ-ın suveren dövlətə qarşı aqressiv fəaliyyəti beynəlxalq hüquq normaların, BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Vurğulanıb ki, bu, regional təhlükəsizliyə təhdiddir və beynəlxalq terrorçuluqla mübarizəyə ziyan vurur.
 
Sergey Lavrov və Məhəmməd Cavad Zərif İdlib əyalətində çoxlu sayda dinc sakinin ölümü ilə nəticələnən insidentin araşdırılmasının vacibliyini önə çəkiblər.
 





10.04.2017    çap et  çap et