525.Az

Avropanın Tramp qorxusu


 

Avropanın Tramp qorxusu<b style="color:red"></b> ABŞ-da 8 noyabr prezident seçkilərinin nəticələri bütün dünyanın seçim qarşısında qoydu.

Öz sərt ritorikası və kəskin yanaşmaları ilə seçilən biznesmen təfəkkürlü Donald Trampla əməkdaşlıq etsin yoxsa məsafə saxlasın. Xüsusən, Hillari Klintonun qalib gələcəyinə əmin olan Avropanın siyasi dairələri bu xəbərdə şoka düşmüşdülər.
 
İstər Angela Merkel, istər Tereza Mey, istərsə də Fransua Olland seçkilərin nəticəsinin elan olunmasından sonra verdikləri təbrik açıqlamalarında özlərini itirdiklərini hiss etdirirdilər. Xüsusən Almaniya kansleri bu fonda daha gərgin idi. Merkelin miqrantları qəbul etməkəl bağlı liberal siyasəti Tramp tərəfindən “faciə” adlandırılmışdı. Lakin təmkinli xanım siyasətçi amerikalı prezidentin açıqlamalarına heç zaman birbaşa cavab vermidi.
 
Martın 23-də ABŞ-a gedən kansler Donald Trampla görüşdən sonra onların arasında yaranmış buzların əridiyini demək olardı. Tərəfləri narazı salan əsas məsələ NATO-nun hərbi xərcləri ilə bağlı idi. ABŞ NATO-nun yaradıcısı kimi bütün maliyyə xərclərini üzərinə götürmək istəmirdi və Brüsseldən bu məsələdə dəstək gözləyirdi. Çünki unutmaq lazım deyil ki, NATO ilk növbədə Rusiya aqressiyasından ehtiyatlanan Avropa ölkələrinə xüsən Baltikyanı dövlətlər və Polşaya lazım idi. Bu məsələdə əldə olunmuş razılıq Avropa ölkələrinin öz ÜDM istehsalının 2%-ni hərbi xərclərə ayıracağı barədə söz verməsi ilə nəticələndi.
Merkel həmçinin, Rusiyaya qarşı sanksiya və Suriya münaqişəsinin həlli ilə bağlı da Trampın simasında həmfikir qazandı. Bu mənada Tramp qorxusunun unudulduğunu söyləmək olar.
 
Digər tərəfdən, Brexit yolu ilə Avropa Birliyindən ayrılan Böyük Britaniya da qısa müddətdə Trampla sıx əməkdaşlığa başladı. Londonun Brüsseldən ayrılmasını alqışlayan Tramp ilk xarici dövlət başçısı kimi baş nazir Tereza Meylə görüşərək Londonla Vaşinqton arasında möcvud olan münasibətlərin davamlılığını sübut etmiş oldu. O iki ölkə arasında xüsusi münasibətlərin daim qalacağını vurğulayaraq Brexit prosesinə də tam dəstək vermiş oldu.
 
Eyni zamanda. ABŞ-la tivarət müharibəsindən çəkinən Çin bu ölkənin rəhbəri Si Tzinpinin Trampla görüşündən sonra bir qədər olsa da, rahat nəfər ala bildi. Tərəflər tivarət məsələsində balansı qoruyacaqları ilə bağlı önəmli razılıq əldə etmiş oldular.
 
Putin Rusiyası isə Trampın seçilməsindən sonra ən böyük məyusluğu keçirən ölkə kimi tarixə düşəcək. Belə ki, seçki kampaniyası zamanı tərəflərin bir-birinin ünvanına xoş sözlər söyləməsi, bəzi geosiyasi məsələlərdə uyğunluq əldə etmələrinə baxmayaraq, seçkilərdən sonra baş verənlər bunun tam əksini göstərdi. Donald Tramp Moskvaya qarşı tətbiq olunan sanksiyaları nəinki ləğv etmədi, əksinə, onların genişləndirilməsi barədə düşünməyə başladı. Tramp Obama administrasiyasının belə atmaqda çətinlik çəkdiyi addımı ataraq Suriyanı bombaladı.
 
Trampın 4 aylıq prezidentliyi ABŞ siyasətində ənənəvi xəttin dəyişməz qalacağını və Ağ Ev sahibinin kimliyindən asılı olmayaraq bu siyasətin qarşıdakı illərdə də bu cür qalacağını təsdiq etdi.

Modern.az
 





10.04.2017    çap et  çap et