525.Az

Patruşev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi


 

Patruşev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi<b style="color:red"></b> Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 11-də Fəxri xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyub.
 
APA-nın məlumatına görə, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
 
Rusiya nümayəndə heyəti sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 





11.04.2017    çap et  çap et