525.Az

Bəzi ərzaq məhsulları qida asılılığı yarada bilər


 

Bəzi ərzaq məhsulları qida asılılığı yarada bilər<b style="color:red"></b>

Alimlər bəzi ərzaq məhsullarından tez-tez istifadə olunacağı halda onların qida asılılığı yaradacağını müəyyən ediblər. Bu asılılıq bir çox cəhətdən tütün, spirtli və narkotik maddələrdən asılı olanların əziyyət çəkməsinə bənzəyir.

AzərTAc “Aktualnıye novosti” saytına istinadla xəbər verir ki, mütəxəssislər bu cür yeməyin insan beyninə müvafiq təsir göstərərək öz xüsusiyyətlərinə görə narkotikə bənzər meyil yaratmasını müşahidə ediblər. Alimlər bu qənaətə gəliblər ki, yeməklərin bu növlərinə meyil hətta dərman müalicəsi tələb edir.

Tədqiqatlar nəticəsində aşkar olunub ki, insanlar üçün tərkibində şirin və duzlu inqrediyentlər olan yeməklərdən imtina etmək çətindir. Pitsa, hamburqer, şokolad və dondurma asılılıq yaradan qida məhsulları hesab edilir.

 





11.04.2017    çap et  çap et