525.Az

“Azərbaycan dili” imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradıldı


 

“Azərbaycan dili” imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradıldı<b style="color:red"></b> Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” imtahanı ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.
 
DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir.
 
Abituriyentlər Apelyasiya Komissiyasına 11-13 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
 





11.04.2017    çap et  çap et