525.Az

TİKA-nın koordinatoru BANM-də


 

TİKA-nın koordinatoru BANM-də <b style="color:red"></b> Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımovla Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov arasında görüş keçirilib.
 
BANM-dən APA-ya verilən xəbərə görə, görüşdə fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub. Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, TİKA tərəfindən Ali Məktəbin əməkdaşları üçün menecment və universitetlərin idarə olunması sahəsində təlim imkanlarının araşdırılması barədə söz açıb. Rektor qeyd edib ki, bu kimi təlimlər Ali Məktəbin əməkdaşlarının inkişafına xidmət edəcək.
 
Adəm Urfa agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi müxtəlif layihələrdən danışıb, qeyd edib ki, TİKA-nın Azərbaycan da daxil olmaqla, 54 ölkədə yüzdən çox əməkdaşlıq ofisi fəaliyyət göstərir. TİKA-nın ilk proqram koordinatorluğu ofisi Türkmənistanda yaradılıb. 100-ə yaxın ölkədə müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir. TİKA-nın ilkin məqsədləri türkdilli respublikaların sosial strukturunun qorunması, onların davamlılığının təmin edilməsi, texniki infrastrukturuna dəstək göstərmək olub. İndiyədək TİKA tərəfindən təhsil, səhiyyə, quruculuq, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə bir çox layihə və proqramlar həyata keçirilib.
 
Görüşdə BANM-la TİKA arasında konkret əməkdaşlıq sahələri barədə razılıq əldə olunub.
 





11.04.2017    çap et  çap et