525.Az

FHN əməkdaşı qol güləşi üzrə Respublika çempionu qalibi oldu


 

FHN əməkdaşı qol güləşi üzrə Respublika çempionu qalibi oldu<b style="color:red"></b> Gənclər və İdman Nazirliyi və Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə kişilər arasında Respublika çempionatı keçirilib.
 
APA-nın məlumatına görə, çempionatda 15 komanda və 100-dən çox idmançı çıxış edib.
 
FHN-in İdman-Sağlamlıq Klubunun (İSK) əməkdaşı, daxili xidmət leytenantı Rəşad Kəsəmənli 65 kq çəki dərəcəsində sağ və sol qollarda yarışıb. O, sol qolda rəqiblərinə üstün gələrək 1-ci, sağ qolda isə 3-cü yeri tutub.
 
İSK-ın rəisi, polkovnik Fizuli Musayev qalib idmançını təbrik edib, ona qiymətli hədiyyə verib.
 





11.04.2017    çap et  çap et