525.Az

SEPAH-ın batalyon komandiri öldürüldü


 

SEPAH-ın batalyon komandiri öldürüldü<b style="color:red"></b> İranın Zahidan şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirlərindən olan Ruhullah Əliyə qarşı terror törədilib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın batalyon komandiri Ruhullah Əli Zahidandan Korrinə qayıdarkən terrorçuların hücumuna məruz qalıb. O, aldığı güllə yaralarından həlak olub.
 
Hadisədən sonra SEPAH qüvvələri ilə terrorçular arasında atışma baş verib.  Nəticədə R. Əliyə hücum edən 2 terrorçu öldürülüb.
 





11.04.2017    çap et  çap et