525.Az

İranda prezident seçkiləri kampaniyasına start verildi


 

İranda prezident seçkiləri kampaniyasına start verildi<b style="color:red"></b> İranda prezident seçkilərinə rəsmən start verilib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, seçkilərdə iştirak edəcək namizədlərin qeydiyyatına bu gün səhər start verilib.
 
Namizədlərin qeydiyyatı 5 gün davam edəcək. Bu müddət başa çatdıqdan sonra Konstitusiyanın Qorunmasına Nəzarət Şurası 5 gün ərzində namizədlərin səlahiyyətini araşdıracaq. 
 
İran daxili işlər naziri Əlirza Rəhmani Fəzli bildirib ki, bütün icra orqanlarına namizədlərin qeydiyyatına başlanılması barədə göstəriş verilib:

“Hər kəsi sağlam və əxlaqa uyğun seçkilər keçirməyə dəvət edirəm. Xalqa elan edirəm ki, Daxili İşlər Nazirliyi, Nəzarət Şurası və parlament tamamilə sağlam, qanuna uyğun seçkilərin keçirilməsi üçün proqram hazırlayıb. Sorğuların nəticələrinə əsasən seçicilərin fəallığı 60 faiz təşkil edəcək. Mən isə fəallığın 70 faizdən çox olacağını proqnozlaşdırıram. Ümid edirəm ki, seçkilər sakit keçəcək”.
 





11.04.2017    çap et  çap et