525.Az

Diyarbəkirdə partlayış: 4 yaralı - Yenilənib


 

Diyarbəkirdə partlayış: 4 yaralı - <b style="color:red">Yenilənib</b> Türkiyənin Diyarbəkir şəhərində partlayışın Diyarbəkir rayon Polis İdarəsinin Bağlar qəsəbəsində yardımçı binasında zirehli avtomobillərin təmiri emalatxanasında baş verdiyi məlum olub.
 
APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış aksiyaların dağıdılması üçün istifadə edilən xüsusi texnikanın təmiri zamanı baş verib.
 
Partlayış baş verən emalatxana binası çöküb. Hadisə yeriən xilasedicilər cəlb olunub.
 
Türkiyənin NTV telekanalı 1-i ağır olmaqla, 4 yaralının olduğu barədə məlumat yayıb.
 
*** 12:22
 
Bu gün  yerli vaxtla saat 10.45 (Bakı vaxtı ilə saat 11.45) Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış olub.
 
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış Diyarbəkirin Bağlar qəsəbəsində Əmək prospektində polis məktəbi yaxınlığında baş verib.
 
Təhlükəsizlik orqanlarındakı mənbə “Reuters” agentliyinə çoxlu sayda yaralının olduğunu bildirib. Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım briqadaları göndərilib.
 





11.04.2017    çap et  çap et