525.Az

"Naxçıvan" Universitetinin əməkdaşları Polşada tədbirdə


 

"Naxçıvan" Universitetinin əməkdaşları Polşada tədbirdə <b style="color:red"></b>

Ötən ay "Naxçıvan" Universitetinin bir qrup əməkdaşı AESOP layihəsinin Xəzər Universitetində keçirilən iclasında iştirak ediblər. Bugünlərdə isə Gürcüstanın Akaki Tseretelli Dövlət Universitetinin kordiatorluğu ilə həyata keçirilən AESOP layihəsinin növbəti təlimi Polşada Varşava Universitetində təşkil edilib.

Tədbirdə partnyor universitet kimi "Naxçıvan" Universitetini ali təhsil ocağının tədris şöbəsinin müdiri Anar Abuzərli, layihə kordinatoru Elmira Hüseynova, Xarici dillər fakültəsinin dekan müavini Yasin Babazadə və həmin fakültənin müəllimi Könül Babayeva təmsil ediblər.

Azərbaycan, Ukrayna və Gürcüstandan nümayəndələrin də iştirak etdiyi təlimin keçirilməsində məqsəd Ombudsman aparatlarının funksiya və strukturunun nəzəri və praktki cəhətdən öyrənilməsindən ibarət olub.

Təlimdə “Naxçıvan" Universiteti haqqında geniş məlumatı və videoçarxı universitetin layihələr üzrə kordinatoru Elmira Hüseynova təqdim edib.

Səfər çərçivəsində "Naxçıvan" Universitetinin bir qrup əməkdaşı Erasmus Plus proqramı çərçivəsində Polşada Varşava Universitetində təşkil edilən təlimlərdə də iştirak ediblər.

 





11.04.2017    çap et  çap et