525.Az

Türkiyə Səfirliyi Mədəniyyət Müşavirliyindən maraqlı addım


 

Türkiyə Səfirliyi Mədəniyyət Müşavirliyindən maraqlı addım<b style="color:red"></b>

Aprelin 6-dan 8-dək Bakı Expo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF 2017) keçirilib.

Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılıb. Onlardan biri də Türkiyə Hava Yolları ilə birgə təşkil edilmiş çəkiliş olub. Belə ki, bu çəkiliş zamanı sərgi izləyicilərindən təsadüfi iki nəfər Türkiyəyə pulsuz bilet əldə edib.

Tədbirin Türkiyə üzrə təşkilatçısı, qardaş ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, şair və alim İrfan Çifçi bu barədə açıqlamasında deyib:

"Biz Mədəniyyət Nazirliyi vasitəsilə Türkiyə Hava Yollarıyla razılığa gəldik və onlardan iki bilet aldıq. Burada sərgi izləyicilərindan kart viziti olandan kartını, olmayandan isə ad, soyad və telefon nömrəsini bir kağıza yazmasını xahiş ertdik. Daha sonra onların hamısını toplayıb, püşkatma keçirdik. Onu da Türkiyədən dəvət etdiyimiz məşhur kino və teatr aktyoru Mehmet Usta həyata keçirdi. Bu biletlər Məmmədov Urfanın və İrina xanımın bəxtinə çıxdı. Onlar bir il müddətinə istədikləri zaman Türkiyəyə gediş və dönüş edə biləcəklər".

ŞAHANƏ

 





11.04.2017    çap et  çap et