525.Az

Deputatlarla da bağlı Etik Davranış Kodeksi gəlir...


 

Deputatlarla da bağlı Etik Davranış Kodeksi gəlir...<b style="color:red"></b>

Azərbaycanda deputatların etik davranışı ilə bağlı yeni qanun layihəsi yaxın günlərdə müzakirəyə çıxarılacaq.

Milli Məclisdən (MM) verilən məlumata görə, hazırda qanun layihəsi üzərində İşçi Qrupunun işi yekunlaşmaq üzrədir.

Qeyd edək ki, qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanır və sənədin əsas müəllifləri adıçəkilən komitənin sədri Əli Hüseynli və komitə üzvü Vüsal  Hüseynovdur.

Məlumata görə, qanun layihəsi üzərində iş bu həftə bitəcək və ondan sonra komitənin müzakirəsinə çıxarılacaq.

Komitədə müzakirə olunduqdan sonra isə yaz sessiyası müddətində birinci oxunuşa təqdim olunacaq.

Qanun layihəsinin müzakirəsi 2016-cı ilin payız sessiyasının gündəliyinə daxil edilsə də, layihə üzərində işlər yekunlaşmadığından 2017-ci ilin yaz sessiyasının gündəliyinə salınıb. 

Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq. Deputatların fəaliyyətinə nəzarət edəcək  bu qanun layihəsi  2016-cı ilin 26 sentyabrında qəbul olunmuş Referendum Aktı ilə Konstitusiyaya uyğun hazırlanır.

Referendumda Konstitusiya edilən dəyişikliklərdən biri də  deputatların etik davranış qaydaları ilə bağlı olub.
 
Konstitusiyaya edilən dəyişiklikdən sonra deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda onun mandatdan məhrum edilməsi nəzərdə tutulur. Deputatların etik davranış qaydalarıı tənzimləyəcək yeni qanun layihəsində millət vəkillərinin fəaliyyətinə xitam verilməsi mexanizmi də öz əksini tapıb. Yəni, hansı hallarda  deputatların fəaliyyətinə xitam verilə bilər, onları  hansı digər cəzalar gözləyir və sairə.

Onu da qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.

KAMIL

 





11.04.2017    çap et  çap et