525.Az

“Flame Towers” beynəlxalq mükafat aldı (Fotolar)


 

“Flame Towers” beynəlxalq mükafat aldı<b style="color:red"> (Fotolar)</b>

Şəhərin panoramasına təkrarsız gözəllik verən və artıq onun simvoluna çevrilmiş “Flame Towers” qüllələri Avropanın daşınmaz əmlak bazarında innovasiya layihələrinin ən iri investisiya sərgisi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turist mərkəzi” nominasiyasının qalibi elan olunmuşdur.  Bundan başqa, şəhərsalma sahəsində nüfuzlu forum olan skyscrapercity.com – un sorğusuna görə, “Flame Towers” qüllələrinin işıqlandırılması dünyada ən yaxşı hesab edilib.

Bu,yeni Bakının müasir arxitektura komplekslərinin beynəlxalq aləmdə birinici uğuru deyil. Müasir Bakı qədimliklə klassikliyin ən yeni arxitektura nailiyyətləri ilə harmonik birləşdiyi şəhərin reputasiyasını təsdiq etməklə, dünyada daha çox tanınmağa başlayır.

Heydər Əliyev Mədəniyyət Mərkəzinin layihəsi hələ həyata keçməmişdən özünə böyük maraq doğurmuşdu. Amerikanın nüfuzlu jurnallarından biri olan "Architectural digest" 2012-ci ildə bu binanı ən möhtəşəm və əzəmətli arxitektura binalarının siyahısına daxil edib. Kompleks dünyanın ən məşhur qadın memarı – Britaniya arxitektoru Zaha Hədid ? tərəfindən layihələndirilib. O, çoxsaylı nüfuzlu arxitektura müsabiqələrindəki mükafatlardan başqa, 2004-cü ildə arxitektura sahəsində nailiyyətlərə görə Pritsker mükafatına, 2009-cu ildə isə Yaponiyada İmperator mükafatına layiq görülüb.

Heydər Əliyev Mədəniyyət Mərkəzi turistləri özünə cəlb edən yeni gözəl bir binadır və şəhərin intellektual həyatında əhəmiyyətli rol oynayacaqdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər  üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən Baki Ağ Şəhər layihəsi beynəlxalq səviyyədə geniş təmsil olunmuşdur və ən iri miqyaslı şəhərsalma layihələrindən biri kimi professionallar arasında tanınmışdır.

Baki Ağ Şəhər Cityscape Global sərgisində “Ən Yaxşı Şəhərsalma Layihəsi” nominasiyasında mükafat almış, habelə MIPIM Asia Awards 2011 müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyanın gələcəyinin ən yaxşı layihəsi” nominasiyasında qalib olub.

Nəinki layihənin özü, həm də onun ayrı-ayrı  binaları Avropa və Asiyanın beynəlxalq sərgilərində  birinciliyə namizəd kimi irəli sürülüb.

Bakı Ağ Şəhər ofis binası layihələndirmə  mərhələsində olarkən, arxitektorların beynəlxalq dairəsində  geniş şöhrət qazanmış və dəfələrlə “Gələcəyin Ən Yaxşı Layihəsi” nominasiyasında qalibliyə namizəd göstərilmişdir.

Tikinti mərhələsində isə, bu bina Kuala Lumpurda keçirilən nüfuzlu Asia Pacific Property Awards 2013 sərgisində eyni zamanda həm ən yaxşı arxitekrura, həm də ən yaxşı ofis binası nominasiyasında mükafat alıb.

İnşası başa çatdıqdan sonra, Bakı Ağ Şəhər ofis binası bütün layihənin nəinki seçilən binası olacaq, habelə şəhərin müasir arxitekturasına öz töhfəsini verəcəkdir.

Müstəsna gözəlliyi və icra texnikası  ilə seçilən həyəcanverici müasir binalar paytaxtı dəyişərək və onu daha da gözəlləşdirərək, Bakının qədim tarixi olan mövcud arxitekturasına harmonya yaradırlar.

 





30.04.2013    çap et  çap et