525.Az

Azərbaycan və Polşa prezidentləri görüşəcək


 

Azərbaycan və Polşa prezidentləri görüşəcək<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevlə Polşa prezidenti Anjey Duda arasında iyun ayında görüş olacaq.
 
APA-nın məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Vitold Vaşçikovski azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Polşada görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
“Ümid edirəm ki, bu görüş siyasi, iqtisadi və hərbi əməkdaşlığı yenidən bərpa edəcək. Əməkdaşlığımız üçün böyük potensialımız var”, - deyə XİN rəhbəri bildirib.
 
V. Vaşçikovski qeyd edib ki, Azərbaycanla Polşa arasında münasibətlər illər əvvəl inkişaf edib, lakin sonradan donub: "Bu gün biz bu münasibətləri yenidən bərpa etməyin yollarını axtarırıq. Ümid edirəm ki, bu görüş siyasi, iqtisadi və mədəni əməkdaşlığın başlanğıcıdır. Azərbaycan bizim üçün maraqlı tərəfdaşdır”.
 





11.04.2017    çap et  çap et