525.Az

Tramp Əsədi “heyvan” adlandırdı


 

Tramp Əsədi “heyvan” adlandırdı<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.
 
“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, - deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib. 
 
ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.
 
“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, - deyə Tramp əlavə edib.
 





12.04.2017    çap et  çap et