525.Az

Tramp: "Şimali Koreya problemini təkbaşına həll etməyə hazırıq"


 

Tramp: "Şimali Koreya problemini təkbaşına həll etməyə hazırıq"<b style="color:red"></b> "ABŞ Şimali Koreya problemini təkbaşına çözməyə hazırdır".
 
APA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

O, özünün "Twitter" səhifəsində aşağıdakıları yazıb:
 
"Şimali Koreya özünə problem axtarır. Əgər Çin bizə kömək etsə, əla olacaq. Kömək etməsə, onlarsız məsələni həll edəcəyik!"
 
Qeyd edək ki, ABŞ Cənubi Koreya sahilərinə "Karl Vinson" aviadaşıyıcısının başçılığı ilə zərbə qrupu göndərib.
 





12.04.2017    çap et  çap et