525.Az

Spayser Əsədi Hitlerlə müqayisə etdiyinə görə üzr istədi


 

Spayser Əsədi Hitlerlə müqayisə etdiyinə görə üzr istədi<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşər Əsədi Adolf Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib.
 
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Şon Spayser öz açıqlamasını yersiz adlandırıb. 
 
“Hətta Hitler kimyəvi silahdan istifadə kimi alçaqlığa yol verməmişdi”, - deyə Spayser uğursuz açıqlama verib.
 
 “Biz hətta İkinci Dünya Müharibəsində kimyəvi silahdan istifadə etmədik... Hətta Hitler kimyəvi silahdan istifadə etməyib”, - deyə o, İdlibdə kimyəvi silahdan istifadədə hökumət qüvvələrini ittiham edib.
 
Jurnalistlər brifinqdən sonra Spayserə nasist Almaniyasında qaz kameralarından istifadə olunduğunu xatırlatdıqda, Ağ Ev rəsmisi bu barədə məlumatlı olduğunu bildirib:

“Hitler şəhərlərdə, öz vətəndaşlarına qarşı kimyəvi silahlardan Əsəd kimi istifadə etməyib”.
 





12.04.2017    çap et  çap et