525.Az

Tillerson Moskvada Əsədin gələcək taleyini müzakirə edəcək


 

Tillerson Moskvada Əsədin gələcək taleyini müzakirə edəcək<b style="color:red"></b> Moskvada səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar zamanı Suriya prezidenti Bəşər Əsədin gələcək taleyini müzakirə edəcək.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Mark Toner bildirib.     
 
“Şübhəsiz ki, onlar Əsədi və onun gələcək taleyini müzakirə edəcəklər”, - deyə Toner bildirib.
 
Onun sözlərinə görə, Rusiya gələcəkdə Bəşər Əsədi dəstəkləməkdə davam edib-etməyəcəyinə dair qərar verməlidir.  
 
Qeyd edək ki, R.Tillerson ötən gün Dövlət Departamentinin rəhbəri vəzifəsində Moskvaya ilk dəfə səfər edib. Onun bu gün Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü nəzərdə tutulub. 
 
Tərəflər Suriya, Liviya, KXDR, Ukrayna və ikitərəfli münasibətləri müzakirə edəcəklər.
 





12.04.2017    çap et  çap et