525.Az

ADPU-da Heydər Əliyevə həsr olunmuş bədii yaradıcılıq festivalı


 

ADPU-da Heydər Əliyevə həsr olunmuş bədii yaradıcılıq festivalı<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin tələbələrinin iştirakı ilə bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov tələbələrin çıxışlarını dinləyib. Festivalın baxış-müsabiqəsində ADPU-nun tələbə-gənclərinin yüksək səviyyədə ifa etdikləri rəngarəng şeir və musiqi nömrələri diqqəti cəlb edib.

Məlumata görə, festival qaliblərinin yekun konsertinin may ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur.  Qaliblər Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri, mükafatları ilə təltif ediləcəklər.

Bildirilib ki, Azərbaycan dövlətinin memarı və qurucusu, ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur.

Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə və Onun xatirəsinə ehtiram əlaməti olaraq ölkənin ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri arasında bədii yaradıcılıq festivalı keçirilir. Bu bədii yaradıcılıq festivalı Təhsil Nazirliyi (TN) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) birgə müvafiq qərarı əsasında keçirilir. Bədii yaradıcılıq festivalının keçirilməsində əsas məqsəd tələbə-gəncləri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Festivalın keçirilməsi üçün 5 nəfərdən ibarət Təşkilat Komitəsi və tərkibinə xalqımızın tanınmış incəsənət və mədəniyyət xadimlərinin daxil edildiyi 8 nəfərdən ibarət Münsiflər Heyəti yaradılıb.

S.QARAYEVA

 





12.04.2017    çap et  çap et