525.Az

"Diyarbəkirdəki partlayış terror aktıdır"


 

"Diyarbəkirdəki partlayış terror aktıdır"<b style="color:red"></b> Dünən Türkiyənin Diyarbəkir şəhərində Diyarbəkir rayon Polis İdarəsinin Bağlar prospektindəki yardımçı binasında təmir emalatxanasında baş verən partlayışın terror aktı olduğu üzə çıxıb.
 
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
 
S. Soylu deyib ki, öncə partlayışın emalatxanada xüsusi texnikanın təmiri zamanı baş verdiyi ehtimal edilib. Ancaq araşdırma zamanı partlayışın tunel qazılaraq yerləşdirilən partlayıcı qurğu vasitəsi ilə törədildiyi üzə çıxıb.
 
Qeyd edək ki, partlayış nəticəsində 3 nəfər ölüb, 10-a qədər insan yaralanıb.
 
Hadisə ilə əlaqədar 5 nəfər tutulub.
 





12.04.2017    çap et  çap et