525.Az

"İnsanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var"


 

"İnsanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var"<b style="color:red"></b> "Ərazi iddiaları, iqtisadi, hərbi maraqlara, etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir. İnsanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var. Azərbaycan bu çağırışların qarşısına İslam həmrəyliyi, multikultural dəyərlərin təbliği, dini, etnik, milli dözümlülük, bir ərazini bölüşən müxtəlif xalqların və millətlərin nümayəndələrinə, onların mədəniyyətlərinə hörmətlə çıxır. Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır".
 
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
 
B. Muradovanın fikrincə, Azərbaycan o ölkələrdəndir ki, milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin min illər boyu formalaşmış münasibətlərinə, birgə yaşayıq qaydalarına və onlar arasında harmoniyaya əsaslanır.
 
"Yəni bu bizə kənardan gəlmə, yad fikir deyil, bizim həyat tərzimizdir, özümüzü ifadə formamızdır. Ona görə Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca səslə multikultural dəyərlərin daşıyıcısı nümunəsini ortaya qoymuş ölkə kimi islam həmrəyliyi mövzusunu, islam həmrəyliyi çağırışını da irəli sürə bilir", - deyə o bildirib.
 





12.04.2017    çap et  çap et