525.Az

Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürdü


 

Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürdü<b style="color:red"></b> İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, ali lider ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident bu gün sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb.
 
M. Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, ali liderə verdiyi sözün üstündə dayanır: "Mən cənab Bəqayiyə dəstək olmaq üçün namizədliyimi vermişəm".
 
APA-nın "namizədliyinizi geri götürəcəksinizmi" sualına keçmiş prezident belə cavab verib: "Hələlik məlum deyil nə baş verəcək. Gözləmək lazımdır".
 
Qeyd edək ki, M. Əhmədinejad daha öncə seçkilərdə H. Bəqayini dəstəkləyəcəyini açıqlamışdı.
 





12.04.2017    çap et  çap et