525.Az

"Suriyada döyüşən əcnəbilərin təxminən yarısı MDB ölkələrinin vətəndaşıdır"


 

"Suriyada döyüşən əcnəbilərin təxminən yarısı MDB ölkələrinin vətəndaşıdır"<b style="color:red"></b> "Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür. Onlardan 9 mini MDB ölkələrinin vətəndaşıdır".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib.
 
"Bu 9 minin təxminən yarıdan azı isə Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrin payına düşür. Ona görə də təhlükə çox böyük və realdır. Biz bunu bilirik, bu təhlükənin miqyasını anlayırıq. Təhlükəni minimallaşdırmaq üçün hər şey etməliyik. Bunun üstündə işləyirik", - deyə Rusiya lideri vurğulayıb.
 
Putin Suriyadakı Rusiya hərbi kontingentinin əsas vəzifələrindən birinin terrorçu təşkilatların tərkibində döyüşənlərin ölkəyə geri dönüşünün qarşısını almaqdan ibarət olduğunu söyləyib: "Suriyada beynəlxalq terrorçularla döyüşən hərbçilərimiz onların geri dönə bilməmələri üçün ordadırlar. Onların əsas məqsədi məhz budur".
 





12.04.2017    çap et  çap et