525.Az

Əbülfəs Qarayev Litva səfirini qəbul etdi


 

Əbülfəs Qarayev Litva səfirini qəbul etdi<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskası qəbul edib.
 
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən, gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlərdən söhbət açılıb.
 
Nazir turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müvafiq işlərin görülməsini, o cümlədən, Litvanın turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.
 
Ə.Qarayev iki ölkə arasında həyata keçirilən birgə mədəni layihələrdən danışıb, əməkdaşlığın bundan sonrakı inkişafı üçün müəyyən addımların atılacağına ümidvar olduğunu bildirib.
 
Səfir iki ölkənin mədəniyyət və turizm sahələri üzrə gələcəkdə daha da geniş birgə fəaliyyət göstərəcəyinə əminliyini dilə gətirib.

Görüş Azərbaycanla Litva arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.
 





12.04.2017    çap et  çap et