525.Az

Səyyar “ASAN xidmət” Cocuq Mərcanlıda


 

Səyyar “ASAN xidmət” Cocuq Mərcanlıda<b style="color:red"></b> Səyyar “ASAN xidmət” Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə,  Səyyar  ASAN xidmətinin əməkdaşları Cocuq Mərcanlıda məskunlaşan Həziyevlər ailəsinə və tikinti-bərpa işlərində çalışan, Cəbrayıl rayon qeydiyyatında olan şəxslərə şəxsiyyət vəsiqəsi təqdim ediblər.

“ASAN xidmət”in qrup rəhbəri Ülvi Həsənzadə bildirib ki, ölkə prezidentinin sərəncamına əsasən, kənddə quruculuq prosesinin operativ aparılması ilə əlaqədar təmir-bərpa işlərində çalışanlar iş yerlərini tərk edə bilmədikləri üçün xidmət əməkdaşları kəndə gələrək, lazımi sənədləşmə işləri aparıblar:

“Bu gün isə şəxsiyyət vəsiqələrini sahiblərinə çatdırdıq”.
 





12.04.2017    çap et  çap et